Bayraqdar.info – “Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub”.
Bu məlumat yanvarın 11-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə MN-in məlumatında bildirilir.