Son yeniləmə: 11 Yanvar 2022 09:34
Bayraqdar.info – Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci ildə sosial durumlarını və media məkanı ilə bağlı baş vermiş önəmli hadisləri əks etdirən hesabatını açıqlayıb. JuHİ sədri Müşfiq Ələsgərli bayraqdar.info-ya bildirib ki, hesabat 60 KIV redaksiyasını əhatə edən jurnalistlər arasında keçirilən sorğu, həmçinin, 2021-ci il ərzində aparılan monitorinqin nəticələri əsasında hazırlanıb.
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2021-ci ildə diqqət çəkən media hadisələri barədə sualları cavablandırıblar. Sorğu və monitorinqin yekunu olaraq aşağıdakı nəticələr əldə edilib:
JuHİ sədri onu da bildirilir ki, təsviri verilən nəticələr yalnız KİV-lərdə jurnalistlərin durumunu əks etdirir, redaktor heyəti və digərlərinə aid deyil.
Hesabatda əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək haqqı, orta aylıq gəlirlər sahəsində durum, media sahəsində 2021-ci ildə diqqət çəkən hadisə və tendensiyaların monitorinqi keçirilib.