Press "Enter" to skip to content

Yeni İraq hökumətində türkmənlərə nazir postu

Ərşad Salehi

Bayraqdar.info – İraqda qurulucaq yeni hökumətdə türkmənlər də yer alacaq. Bu barədə İraq Türkmən Cəbhəsinin (İTC) millət vəkili Ərşad Salihi deyib.

Türkmeneli TV xəbər verir ki, Ə.Salihi bununla bağlı açıqlamasında yeni parlamentdə həm şiə, həm də sünni qruplarında türkmən deputatların yer aldığnı bildirib: “Biz türkmən millət vəkilləri olaraq ayrı bir Türkmən Qrupu qurduq və mən onun sədri seçildim. Türkmənlərin hüquqlarını və haqlarını müdafiə etməyə borcluyam”.

Türkmənlər üçün Baş nazirin müavini və İraqın vitse-prezident kimi vəzifələrə iddialı olduqlarını deyən Ə.Salihi daha sonra bunları qeyd edib: “İraqda türkmənləri siyasətdən və sistemdən sıxışdırıb cəzalandırmaq siyasəti hələ də davam edir. Ancaq türkmənlər olaraq biz həmişə şiə və sünni birliyinin tərəfdarıyıq. Türkmənlər İraqın sementidir. Türkmənlər əgər zərər verirlərsə İraqın birliyi təhlükə altında qalar. İraq siyasətində təsirimiz və çəkimiz var. Xüsusilə də hökuməti formalaşdıracaq şiə qrupları ilə əlaqələrimiz var. Bizə yeni kabinetdə türkmənlər üçün yaxşı nazirlik vəd edildi və bu da olacaq”.

Məlumatda o da qeyd edilir ki, İraqda 10 oktyabr 2021-ci ildə keçirilən parlament seçkilərində türkmənlər 329 yerlik Məclisə 7 millət vəkili göndərmişdi.

Mission News Theme by Compete Themes.