Son yeniləmə: 10 Yanvar 2022 10:31
Bayraqdar.info – Son günlərdə sosial şəbəkələrdə trend olmuş “Azərbaycanı qarətə yox!” həştəgi artıq poster şəklində Təbriz küçələrində divarlara yapışdırılıb.
“Azad İran” Telegram kanalının xəbərinə görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın Təbriz şəhərində üzərində “Azərbaycanı qarətə yox!” şüarı yazılmış çox sayda posteri şəhərin müxtəlif yerlərində divarlara yapışdırıblar. Onlar bununla İran rejiminin Güney Azərbaycanın sərvətlərini müstəmləkəçi kimi talamasına etiraz ediblər.
Qeyd edək ki, fars-molla rejimi illərdir Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talayıb fars bölgələrinə daşıyır. Azərbaycana isə yoxsulluq, bədbəxtlik və mədənlərin talanmasından əmələ gələn ekoloji fəlakət buraxır.