Press "Enter" to skip to content

Şamaxı Rəsədxanası gənc alimlərinin fəaliyyət planı

Şamaxı Astrofizika Rəsədxanası

Son yeniləmə: 10 Yanvar 2022 12:33

Bayraqdar.info – AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

Rəsədxanadan yanvarın 10-da bayraqdar.info-ya bildirildiyinə görə, iclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova gündəlikdə olan məsələlər barədə məlumat verib. O, eyni zamanda, Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci ilin ilk rübü üçün fəaliyyət planını təqdim edib.

2022-ci ilin ilk rübündə keçirilməsi planlaşdırılan fəaliyyətlərlə bağlı detallar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonra çıxış edən Şura üzvlərinin fikirləri dinlənilib, elmin inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

Mission News Theme by Compete Themes.