Son yeniləmə: 10 Yanvar 2022 10:05
Bayraqdar.info – Çexiyada şahmat üzrə “Praqa open-2022” turnirində Azərbaycan şahmatçısı Azər Mirzəyev liderlər qrupunda mübarizə aparır. Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, o, 3 turda maksimum (3 xal) xal qazanıb.
“Turnirdə 5-i qrossmeyster olmaqla, 185 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir”, – deyə xəbərdə qeyd edilir.