Son yeniləmə: 10 Yanvar 2022 14:51
Bayraqdar.info – İran rejiminin Güney Azərbaycandakı soydaşlarımıza qarşı təqib və təzyiqləri davam edir. Xüsusilə də millət və dil azadlığı barədə düşünən şəxs və qurumlar fars-molla rejiminin hədəfinə tuş gəlir.
Bu günlərdə həmin sıradan daha bir addım atılıb.
Araz News xəbər verir ki, Zəncanda “Anam” ənənəvi Azərbaycan evi qapadılıb. Qapanmaya səbəb isə “Xoşluq” adlı Azərbaycan türkcəsində klip bu Azərbaycan evində çəkilməsinə icazə verilməsidir.