Press "Enter" to skip to content

Erməni sosial şəbəkələrində yayılanlar yalandır – MÜDAFİƏ NAZİRLİYİ

Müdafiə Nazirliyi

Son yeniləmə: 10 Yanvar 2022 16:47

Bayraqdar.info – Yanvarın 10-da Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir: “Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

“Bildiririk ki, Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb. Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”.

Mission News Theme by Compete Themes.