Press "Enter" to skip to content

DTX-dan saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq

Dövlət Təhlükəsizliyi Xidməti

Son yeniləmə: 10 Yanvar 2022 11:40

Bayraqdar.info – Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib.

Bayraqdar.info xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda deyilir:

“Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.

“Qeyd etmək istərdik ki, DTX-nin rəsmi internet saytıFacebook, Twitter, Instagram, Youtube sosial şəbəkələrində müvafiq olaraq səhifə və kanalları fəaliyyət göstərir və DTX-ya aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin, xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri Facebook, Twitter, Instagram və Youtube administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.

“Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.

“Vətəndaşların və media nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.