Press "Enter" to skip to content

Birkan Uzun KKTC-də dəfn ediləcək

Son yeniləmə: 10 Yanvar 2022 01:39

Bayraqdar.info – ABŞ-da xizək sürərkən qəza nəticəsində həyatını itirən alpinist Birkan Uzunun cənazəsi yanvarın 9-da vətəninə gətirilib.

Bu barədə bayraqdar.info-ya Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanlığından məlumat verilib. Bildirilib ki, cənazənin Ercan Hava Limanına gətiriləməsi mərasimində KKTC Cümhurbaşqanı Ersin Tatar da iştirak edib.

B.Uzunun cənazəsini 10 federasiyadan 10 milli idmançı daşıyıb.

Qeyd edilib ki, “7 qitə, 7 zirvə” hədəfi ilə dünyanın bir çox zirvələrində KKTC bayrağını dalğalandıran, Kıbrıs türk xalqının qürur və ilham mənbəyi olan Birkan Uzun yanvarın 10-da dəfn ediləcək.

Mission News Theme by Compete Themes.