Press "Enter" to skip to content

Bir sıra avtobusların hərəkət istiqaməti dəyişdirilib

"Baku Bus"

Bayraqdar.info – Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə müntəzəm marşrut xəttinin bir neçəsinin hərəkət istiqamətində dəyişikliklər edilib. Bakı Nəqliyyat Agentliyindən bayraqdar.info-ya bildirilib ki, dəyişikliyə əsasən, 15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemində dəyişiklik olunaraq Qara Qarayev prospekti və (“Xalqlar Dostluğu” metrostansiyası) Babək prospektindən keçməklə təşkil olunub.

“70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.

“53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil olunub.

“Həmçinin 33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib.

“78 nömrəli müntəzəm marşrut xəttinin isə başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa olunub”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.