Bayraqdar.info – Məlum olduğu kimi Prezident Qasım-Jomart Toqayevin qərarı ilə yanvarın 10-u qardaş Qazaxıstanda matəm günü elan edilib.
Eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin İstanbul şəhərində yerləşən mənzil-qərargahında bununla əlaqədar olaraq üzv ölkələrin bayraqları endirilib.
Təşkilatın bununla bağlı yaydığı məlumatda deyilir: “Qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmişə həmrəy olan TDT hadisələrdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir və ölkənin ən qısa müddətdə normala dönməsini arzulayır”.