Press "Enter" to skip to content

Azərbaycan qaziləri şəhid Enes Koçla vida mərasimində iştirak ediblər – ÖZƏL

Son yeniləmə: 15 May 2022 14:47

Bayraqdar.info – Türkiye Muharip Gaziler Derneyinin dəvəti ilə Vətən müharibəsi qazilərinin bir qrupunun qardaş ölkəyə səfər etdiklərini bildirmişdik. Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatcılığı ilə həyata keçirilən səfər çərçivəsində qazilər İstanbulda Sarıyer Bələdiyyəsinin ərazisində yerləşən Heydər Əliyev Parkında olublar.

Bu barədə bayraqdar.info-ya yanvarın 10-da “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı qazilərlə bərabər Türkiyənin veteran təşkilatlarının nümayəndələri də parka olub, Ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

E.Həsənli bildirib ki, Azərbaycan qaziləri İstanbulda şəhid piyada onbaşı Enes Koçla vida mərasiminə də qatılıblar. Xatırladaq ki, Enec Koç Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində şəhid olan türk ordusunun 3 hərbi qulluqçusundan biridir.

E.Həsənlinin sözlərinə görə, E.Koçun cənazəsi təyyarı ilə İstanbula gətirilib: “Onun Türkiyə bayrağına sarılı tabutu halallıq üçün Bahçelievlerdəki evinə gətirildi. Evində alınan halallığın ardınca E.Koç üçün Ataköy 5. Kısım Ömer Duruk Camisində mərasim təşkil edildi.

Mərasimə Türkiyə xəzinə və maliyyə naziri Nureddin Nebati, İstanbul valisi Ali Yerlikaya, 1-ci Ordu komandanı korgeneral Kemal Yeni, 3-cü Ordu komandanı korgeneral Yavuz Türkgenci, Kuzey Deniz Saha komandanı tümamiral İbrahim Özdem Koçer, İstanbul Mərkəz komandanı tuğgeneral Ahmet Atilla Dündar, Sahil Güvenlik Marmara ve Boğazlar Bölge komandanı tuğamiral Tayfun Paşaoğlu, İstanbul Jandarma komandanı tümgeneral Yusuf Kenan Topçu, İstanbul emniyet müdürü Zafer Aktaş ilə şəhidin yaxınları və sevənləri qatılmışdı”.

Qeyd edilib ki, Azərbaycan qaziləri də mərasimə qatılaraq İstanbul valisi Ali Yerlikayaya, 1-ci Ordu komandanı korgeneral Kemal Yeniyə, həmçinin şəhidin atası Cemalettin Koç, anası Emine Koç və qardaşları Mehmet Koç ilə Taha Yasin Koç başsağlığı veriblər.

Mission News Theme by Compete Themes.