Press "Enter" to skip to content

“Akvarel təəssüratları” sərgisinə əsər qəbulu bitdi

Xətai Sənət Mərkəzi

Son yeniləmə: 10 Yanvar 2022 14:32

Bayraqdar.info – Yanvarın 23-də Bakı Xətai Sənət Mərkəzində təşkil ediləcək “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisinə əsərlərin qəbulu başa çatıb.

Xətai Sənət Mərkəzindən bayraqdar.info-ya bildirilib ki, sərgidə iştirak etmək üçün 150-dən çox rəssamın 400-ə yaxın əsəri təqdim edilib. İlkin seçimlərdə 60 rəssam 80 əsəri ilə sərgidə iştirak etmək hüququ qazanıb.

“Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illik yubileyinə həsr olunan sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə reallaşacaq. İştirakçı rəssamlara hədiyyələr və sertifikatlar təqdim ediləcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.