Press "Enter" to skip to content

Əlillər, yaşlılar və uşaq arabaları üçün panduslar

Panduslar

Son yeniləmə: 10 Yanvar 2022 18:05

Bayraqdar.info – Bakı Nəqliyyat Agentliyi yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq İnşaatçılar prospektində əlçatanlıq səviyyəsini daha da artırıb. Belə ki, “Statistika dairəsi” ətrafında əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa olunub.

Agentlikdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.

Mission News Theme by Compete Themes.