Press "Enter" to skip to content

Prezident operativ qərargahın toplantısını keçirib

Qasım-Jomart Toqayev

Bayraqdar.info – Yanvarın 9-da Nur-Sultanda Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin sədrliyi ilə operativ qərargahın toplantısı keçirilib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Toplantıda baş prokuror, milli təhlükəsizlik komitəsinin sədri, daxili işlər nazirinin vəzifələrini icra edən şəxs məruzələrini təqdim edib.

Dövlət başçısına məlumat verilib ki, ölkədə nizam-intizamın bərpa edilməsi üçün hüquq mühafizə orqanları və silahlı qüvvələr tədbirlər görür. Bölgələrdə fövqəladə vəziyyət rejiminin təminatı da diqqət mərkəzindədir. Gərəkli yerlərdə postlar qurulub, bir sıra strateji obyektlərin mühafizəsi KTMT birləşmiş sülhyaratma qüvvələrinə həvalə edilib. Güc strukturları yaşayış məntəqələrində “təmizləmə” işlərini davam etdirir. Terrorçuların yerinin müəyyən edilməsi və saxlanılması üçün tədbirlər həyata keçirilir, uyğun dəlil-sübut bazası yaradılır.

Prezidentə məruzə edilib ki, 125 cinayət işi açılıb, 5,8 min nəfər polis tərəfindən saxlanılıb, onların arasında əhəmiyyətli sayda əcnəbilər də var.

Qeyd edilib ki, ölkənin bütün bölgələrində durum sabitləşib. Etirazçılar tərəfindən ələ keçirilmiş bütün inzibati binalar artıq azad edilib, kommunal obyektlərin və həyati vacib sistemlərin bərpası aparılır.

Q-J.Toqayev qeyd edib ki, ölkədə ictimai asayişin və təhlükəsizliyin bərpası üçün güc strukturları bütün vacib tədbirləri görəcək.

Toplantıda dövlət başçısı ayrı-ayrı bölgələrdəki qarşıdurmalar sonucu ortaya çıxmış nəticələrin aradan qaldırılması üçün dövlət komissiyasının qurulması tapşırığı verib. O, Almatı şəhəri və digər bölgələrdə inzibati binaların, sosial və kommunal obyektlərin bərpası üçün dərhal hərəkətə keçməyi tapşırıb.

Mission News Theme by Compete Themes.