Press "Enter" to skip to content

Türkiyə Milli Müdafiə Nazirliyində azərbaycanlı qazilərlə görüş

Son yeniləmə: 15 May 2022 14:43

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Türkiye Muharip Gaziler Derneyinin dəvəti ilə Vətən müharibəsi qazilərinin bir qrupu qardaş ölkədə səfərdədir. Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatcılığı ilə həyata keçirilən səfər çərçivəsində qazilər yanvarın 7-də Türkiyə Milli Müdafiə Nazirliyində olublar.

Bu barədə bayraqdar.info-ya yanvarın 8-də “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı qaziləri qəbul edən milli müdafiə nazirinin müavini Muhsin Dere əvvəlcə nazir Hülusi Akarın salamlarını çatdırıb: “Muhsin Dere belə bir səfərin baş tutmasını yüksək qiymətləndirdi və belə səfərlərin davamlı olmasının vacibliyini vurğuladı. Azərbaycan ordusunun son illərdə imza atdığı uğurları yüksək qiymətləndirən nazir müavini Vətən müharibəsində qazanılan qələbənin bütün Türk dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi”.

Görüşdə çıxış edən E.Həsənli səmimi qəbula görə, M.Dereyə təşəkkürünü bildirib. E.Həsənli 84 milyonluq Türkiyənin Azərbaycana verdiyi dəstəyi qeyd edərək son illər iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsini yüksək qiymətləndirdiyini vurğulayıb.

Türkiyə Muharip Gaziler Derneğinin sədri Bəyazit Yumak isə azərbaycanlı qazilərin Türkiyəyə səfərinin məqsədi barədə məlumat verib.

Nazir müavini görüşün sonunda Azərbaycan və Türkiyə qazilərinə hədiyyələr təqdim edib. Daha sonra Azərbaycan nümayyəndə heyətinin rəhbəri E.Həsənli də M.Dereyə Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən kitab və digər hədiyyələr təqdim etib.

Mission News Theme by Compete Themes.