Son yeniləmə: 8 Yanvar 2022 10:11
Bayraqdar.info – Yanvarın 7-də Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Prezidentin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Bu haqda xəbəri Pakistan səfiri özünün sosial media hesabında paylaşıb.
Səfir qeyd edib ki, H.Hacıyevlə Pakistan-Azərbaycan münasibətləri və 2022-ci il üçün öncəlikləri müzakirə ediblər.
“Ölkələrimizin rəhbərlərinin iradəsinə uyğun olaraq iqtisadi iş birliyi və insanlar arasında əlaqələr ikitərəfli gündəlikdə yüksək səviyyədə qalmağa davam edəcək”, – deyə səfir bildirib.
Əlavə edək ki, Azərbaycan tərəfi görüşlə bağlı rəsmi xəbər yaymayıb.
Had a useful meeting with Mr. @HikmetHajiyev to discuss Pakistan Azerbaijan relations and priorities for 2022. As desired by our leadership, economic cooperation and people to people contacts will remain high on bilateral agenda. @ForeignOfficePk @AzerbaijanMFA @PakinAzerbaijan pic.twitter.com/c5DoWULc5r
— Bilal Hayee (@BilalHayee) January 7, 2022