Son yeniləmə: 8 Yanvar 2022 11:29
Bayraqdar.info – Elbaşı Nursultan Nazarbayev Qazaxıstanın paytaxtı Nur-Sultandadır.
Bu xəbəri yanvarın 8-də ölkənin 1-ci Prezidentinin Mətbuat xidmətinin rəhbəri Aydos Ukibay verib.
QazAqparatın yaydığı xəbərə görə, A.Ukibay “böhtan və çaşdırıcı informasiya” yaymamağa çağırıb. O, əlavə edib ki, N.Nazarbayev ölkə Prezidenti Qasım-Jomart Toqayevlə birbaşa əlaqədədir və bir sıra görüşlər keçirir. N.Nazarbayevin Qazaxıstana dost ölkələrin rəhbərləri ilə telefon əlaqəsi saxladığı da rəsmən bildirilir.
A.Ukibay bildirib ki, Elbaşı hamını cari məsələlərin həlli və ölkənin torpaq bütünlüyünün qorunması üçün Prezident Q-J.Toqayevin ətrafında birləşməyə çağırıb.
Əlavə edək ki, Qazaxıstan hadisələri başlayan gündən N.Nazarbayevin ölkədən qaçdığı haqqında şayiələr yayılırdı. Hətta onun öldürülmüş ola biləcəyi də deyilirdi. Göründüyü kimi, Elbaşı yerindədir və vəziyyətə də nəzarət edir. Bu isə Qazaxıstanla bağlı ümidləri artırır.
[…] Nursultan Nazarbayev yerindədir və daimi məsləhətləşmələr aparır […]