Press "Enter" to skip to content

Müharibə dövründə mədəni mülkiyyətin qorunması – HƏRBÇİLƏRLƏ

Müdafiə Nazirliyi

Son yeniləmə: 8 Yanvar 2022 16:45

Bayraqdar.info – Müdafiə Nazirliyinin 2022-ci tədris ili üçün hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunmasına dair tədbirlər planı hazırlanıb.

Müdafiə Nazirliyindən yancvarın 8-də bayraqdar.info-ya verilən xəbərdə bidirilir ki, plan “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsinə dair  tədbirlər çərçivəsində hazırlanıb.

“Bu istiqamətdə keçiriləcək tədbirlər çərçivəsində mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz irsin müdafiə edilməsi və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılacaq. Hərbi qulluqçuların müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri ilə bağlı maarifləndirilməsi işləri həyata keçiriləcək.

“Bundan başqa hərbçilərimiz işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində aparılan fəaliyyətlər barədə də məlumatlandırılacaq”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.