Press "Enter" to skip to content

Keçmiş Baş nazir dövlətə xəyanətdə ittiham edilir

Kərim Məsimov

Bayraqdar.info – Qazaxıstanda baş verməkdə olan olaylar fonunda yanvarın 8-də keçmiş Baş nazir Kərim Məsimovun həbs xəbəri yayılıb. Xəbəri Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) yayıb.

Xəbərdə deyilir ki, yaxın keçmişdə – 2022-ci ilin yanvar ayaqlanmaları zamanı həm də MTK rəhbəri olmuş K.Məsimov dövlətə xəyanətdə ittiham edilir. MTK-nın məlumatında deyilir ki, saxlanılan şəxsə Qazaxıstan Cinayət Məcəlləsinin 175.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xəbərdə K.Məsimovla bərabər adı açıqlanmayan başqa şəxslərin də saxlanıldığı bildirilir.

Qeyd edək ki, etnik uyğur olan K.Məsimov 2007-2012 və 2014-2016-cı illərdə Nursultan Nazarbayev hökumətinin Baş naziri olub.

Mission News Theme by Compete Themes.