Press "Enter" to skip to content

Hulusi Akar: Batı Trakya türklərinin hüquq və azadlıqlarını müdafiə etməyə davam edəcəyik

Son yeniləmə: 8 Yanvar 2022 11:41

Bayraqdar.info – “Türkiyə olaraq Batı Trakya türklərinin hüquq və azadlıqlarını beynəlxalq hüquq və ümumbəşəri insan haqları çərçivəsində müdafiə etməyə, onların kimliklərini inkar edən siyasətlərə qarşı qətiyyətlə dayanmağa davam edəcəyik”.

Bunun Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Anadolu Ajansı xəbər verir ki, nazir bu fikirləri Dr. Sadık Ahmetin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edərkən bildirib. H.Akar Dr.bSadık Ahmeti “Batı Trakya türklüyünün simvolu və qorxmaz lideri” olaraq xarakterizə edib.

“Yaşadığı torpaqları gəzib, soydaşlarımızın problemlərini dinləyib, onların həlli yollarını tapmaq üçün böyük səylər göstərib, ömrünü öz işinə həsr edib. Bu səylərini edərkən, çətinliklərə, təzyiqlərə, təhdidlərə və həbs cəzalarına baxmayaraq yolundan bir addım da geri çəkilməyib”, – deyə nazir əlavə edib.

H.Akar Batı Trakya türklərinin haqq davasının Dr.Sadık Ahmetdən sonra layiq olduğu nəticəyə çatacağına inandığnı söyləyib.

Mission News Theme by Compete Themes.