Press "Enter" to skip to content

Ermənistan Kəlbəcəri iriçaplı silahlarla atəşə tutdu

Müdafiə Nazirliyi

Son yeniləmə: 8 Yanvar 2022 18:32

Bayraqdar.info – Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən yanvarın 8-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Azərbaycan bölmələrinin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Mission News Theme by Compete Themes.