Press "Enter" to skip to content

Yeni sosial xidmət müəssisələri yaradılacaq

Son yeniləmə: 7 Yanvar 2022 18:22

Bayraqdar.info – Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının ötən il 5 dəfə genişlənib. 2021-ci ildə bu kateqoriyalara aid şəxslərə 3 min, ümumilikdə ötən dövrdə isə 12,3 min mənzil və fərdi evin verilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

ƏƏSMN-dən bayraqdar.info-ya verilən məlumata görə, yanvarın 7-də Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin ötən ilki fəaliyyətinə və qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

İclasda çıxış edən S.Babayev qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduqlarını deyib. Nazir sosial xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin, bu xidmətlərə əlçatanlığın artırılmasının, sosial xidmətlər sistemində müasir texnologiyaların geniş tətbiqinin müvafiq sahədə fəaliyyətdə əsas prioritetlər olduğunu bildirib.

Qeyd edilib ki, 2021-ci ildə Sosial Xidmətlər Agentliyininmüəssisələrində 2,2 min şəxsə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər göstərilib. Həmin müəssisələrdən biri olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən ilin iyul ayında Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi açılıb, şöbədə 41 nəfər sosial xidmət və reabilitasiya dəstəyi ilə əhatə olunub.

Agenliyin dəstəyi ilə yaradılmış günərzi qayğı və icma əsaslı əsaslı reabilitasiya mərkəzlərinə əsasən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 7 minədək uşaq cəlb edilərək onlara, habelə ailələrinə reabilitasiya dəstəyi göstərilib. Ötən ay isə qurumun Abşeron rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya xidməti göstərən yeni sosial xidmət mərkəzi fəaliyyətə başlayıb və artıq 40 uşaq mərkəzdəki xidmətlərdən faydalanır.

Əlilliyi olan şəxslər üçün Peşə-əmək reabilitasiya Mərkəzinin, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin regionlarda fililallarının, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün bir sıra bölgələrdə sosial reabilitasiya müəssisələrinin və s. yaradılması da nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.