Press "Enter" to skip to content

Yararsız şirniyyatlar məhv edildi

Məhv edilən məhsullar

Son yeniləmə: 7 Yanvar 2022 18:24

Bayraqdar.info – Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bayraqdar.info-ya verilən məlumata görə, “Sun Food” MMC-nin istehlaka yararsız, istifadə müddəti bitmiş, ümumi çəkisi 2 min 994,8 kq müxtəlif növ şirniyyat məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Mission News Theme by Compete Themes.