Son yeniləmə: 7 Yanvar 2022 15:45
Bayraqdar.info – Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Qazaxıstanla bağlı müzakirə aparacaq.
Anadolu Ajansının məlumatına görə, xarici işlər nazirləri Qazaxıstandakı hadisələri dəyərləndirmək üçün yanvarın 11-də fövqəladə toplantı keçirəcək.
Xatırladaq ki, bundan öncə Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş verənlərlə bağlı bəyanat vermişdi.
Eyni zamanda, Türkiyə Cümhurbaşqanı məsələ ilə bağlı Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəksitan prezidentləri ilə telefon danışığı aparmışdı.
Recep Tayyip Erdoğanın türk dövlət başçılarıyla Qazaxıstan diplomatiyası