Bayraqdar.info – “Qazaxıstanda baş verənlər – KTMT qoşunlarının bu ölkəyə daxil olması ilk baxışda işğal kimi görünmür. Lakin məsələyə daha dərindən baxanda bəlli olur ki, Rusiya hazırda Qazaxıstanı dolayısıyla işğal edib.”
Bu sözlər siyasi şərhçi Azər Həsrətə aiddir. O, qardaş Qazaxıstanda baş verən olaylarla bağlı yanvarın 7-də “Qafqaz” TV-yə verdiyi açıqlamada fikirlərini bu yöndə ifadə edib.
Jurnalist Elçin Əsədin suallarını cavablandıran A.Həsrət bildirib ki, Qazaxıstan vətəndaşlarının qazın qiymətinin artırılmasına etiraz üçün küçələrə çıxmasından sonra baş verən qanlı qarşıdurmalar ondan xəbər verir ki, bu, proqramlaşdırılmış ssenaridir.
Siyasi şərhçi onu da əlavə edib ki, Qazaxıstanın da üzv olduğu Türk Dövlətləri Təşkilatı bu çətin durumunda ölkəylə bağlı tədbirlər görməlidir.