Son yeniləmə: 7 Yanvar 2022 14:58
Bayraqdar.info – Təhsil Nazirliyinin Mətbuat xidmətindən yanvarın 7-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, yanvarın 12-si saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Xəbərdə qeyd edilir ki, buna səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır. Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.