Bayraqdar.info – “Səbail” Futbol Klubu 2021/2022-ci il mövsümünün qalan hissəsi üçün hazırlığa başlayıb.
Baş məşqçi Aftandil Hacıyevin çalışdırdığı kollektiv “ASCO Arena”da hazırlıq keçir. Komanda yanvarın 10-dan etibarən təlim-məşq toplanışını “Dalğa Arena”da davam etdirəcək.
Bu bardə bayraqdar.info-ya yanvarın 7-də “Səbail” Futbol Klubundan xəbər verilib.
“Komanda hazırlıq çərçivəsində dörd yoxlama oyunu keçirməyi planlaşdırır. “Səbail” yanvarın 14-də “Qarabağ”ın ikinci komandası ilə qarşılaşacaq. Yanvarın 18-də “Keşlə” ilə üz-üzə gələcək “Səbail”, ayın 24-də bu komanda ilə daha bir sınaq matçına çıxacaq. Ayın 21-də isə MOİK-lə oyun nəzərdə tutulub”, – deyə Klubdan qeyd edilib.