Press "Enter" to skip to content

Rusiyada “Min bir gecə” baleti

Mariinski Teatrı

Son yeniləmə: 7 Yanvar 2022 12:12

Bayraqdar.info – Rusiyada Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Min bir gecə” baleti nümayiş olunacaq. Bu barədə yanvarın 7-də bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən xəbər verilib.

Yanvarın 22-23-də Mariinski Teatrının yeni səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illiyi münasibətilə “Min bir gecə” baleti nümayiş olunacaq. Tamaşa Mariinski Teatrının Primorsk səhnəsinin heyətinin ifasında təqdim ediləcək.

“Bu quruluşda “Min bir gecə” baleti ilk dəfə 2020-ci ildə Teatrın bədii rəhbəri və baş direktoru, dünya şöhrətli dirijor Valeri Gergiyevin dəvəti ilə səhnələşdirilib. Tamaşanın quruluşunu Rusiyada yaşayan tanınmış baletmeyster, Mariinski Teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev həyata keçirmişdir.

“Onu da qeyd etmək lazımdır ki, “Min bir gecə” baleti 2020-ci ildə “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalın açılış günü nümayiş olunub”, – deyə Nazirliyin xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.