Press "Enter" to skip to content

Qazaxıstanda yaşananları təəssüf hissi ilə qarşılayırıq

Hulusi Kılıç

Son yeniləmə: 7 Yanvar 2022 12:00

Hulusi Kılıc: Ümid edirik ki, tezliklə Qazaxıstanda sabitlik tam bərpa olunacaq və KTMT-nin sülhməramlı qüvvələrinə ehtiyac qalmayacaq

Bayraqdar.info – “Qardaş ölkə Qazaxıstanda yaşananları təəssüf hissi ilə qarşılayırıq. Bu hadisələr zamanı vəfat edənlərin ailəsinə başsağlığı verir, yaralananların tezliklə öz sağlığına qovuşmasını arzu edirik. Eyni zamanda bildirmək istəyirəm ki, Türkiyə qardaş Qazaxıstan xalqının və hökumətinin yanındadır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bu günlər türk dünyası Qazaxıstanla həmrəylik içərisindədir: “Türk Dövlətləri Təşkilatının bəyanatında da vurğulandığı kimi təşkilat baş verən son hadisələrin fonunda Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verir. Təşkilat Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğunu da bəyan edib. Eyni zamanda, Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inan ifadə edilib”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülməramlı qüvvələrinin Qazaxıstana dəvət edilməsinə gəlincə H.Kılıç aşağıdakıları bildiirb: “Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev ölkəsinin üzvü olduğu KTMT-yə yardım üçün müraciət etdi. Bu müraciət tamamilə beynəlxalq hüquq və razılaşma əsasında həyata keçirilib. Bilindiyi kimi KTMT-nin əsas məqsədi ölkədaxili və xarici terror aktları da daxil olmaqla bu cür təhlükələrə müdaxilə etmək, bu istiqamətdə təşkilatın üzv dövlətlərinə dəstək göstərməkdir. Qazaxıstan rəhbərliyi də bu təhlükənin olduğunu əsas götürərək KTMT-yə müraciət edib”.

Səfir vurğulayıb ki, artıq Qazaxıstanda sabitliyin bərpasına nail olunur:“Təbii ki, bu özlüyündə normaldır və sabitliyin bərpası bizi sevindirir. Amma eyni zamanda, hesab edirəm ki, bu qüvvələr tez bir zamanda öz missiyalarını yerinə yetirib, geri dönməlidilər. Çünki ümumiyyətlə bölgədə sülh və sabitliyin davamlı olması üçün ölkələrin bir-birinin daxili işlərinə qarşımamasının vacib olduğunu düşünürəm. Digər tərəfdən hər hansı bir, yaxud bir neçə ölkənin hərbi qüvvələrinin başqa bir ölkənin ərazisində olmasının xalq tərəfindən arzuedilməz sayılması da, təbii ki, ölkələr arasında gərginliyi artıra bilər. Biz bölgə insanalarının sülh və sabitlik şəraitindı yaşamasını istəyirik. Bu baxımdan ümid edirik ki, tezliklə Qazaxıstanda sabitlik tam bərpa olunacaq və KTMT-nin sülhməramlı qüvvələrinə ehtiyac qalmayacaq”.

Mission News Theme by Compete Themes.