Press "Enter" to skip to content

Müdafiə Nazirliyinin Hərbi Prokurorluqla birgə tədbirlər planı

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq

Son yeniləmə: 7 Yanvar 2022 10:15

Bayraqdar.info – 2022-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya yanvarın 7-də verilən məlumatda bildirilir ki, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

“İl ərzində Nazirliyin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması işlətri baş tutacaq. Həmçinin, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər də həyata keçiriləcək”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.