Son yeniləmə: 7 Yanvar 2022 15:37
Bayraqdar.info – Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb.
Nazirlikdən yanvarın 7-də bayraqdar.info-ya verilən məlumatda deyilir ki, Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün birgə fəaliyyət planı imzalanıb. Sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.
“İl ərzində Nazirliyin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək”. Məlumatda belə bildirilir.