Press "Enter" to skip to content

Merdən Dövlət Komitəsinə təşəkkür

Son yeniləmə: 7 Yanvar 2022 09:58

Bayraqdar.info – Ukraynanın Truskavets şəhərinin meri Andrey Kulçinski Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovu təşəkkürnamə ilə təltif edib.

Komitədən bayraqdar.info-ya verilən məlumata görə, təşəkkürnamə mer A.Kulçinski və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasov tərəfindən imzalanıb.

Təşəkkürnamədə Truskavets şəhərində görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq vokalçılar müsabiqəsinin keçirilməsində göstərdiyi dəstəyə görə DİDK-ya minnətdarlıq ifadə edilib.

Qeyd edək ki, beynəlxalq müsabiqə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Truskavets şəhər şurasının təşkilatçılığı ilə 2-5 dekabr 2021-ci il tarixlərində gerçəkləşdirilib.

Mission News Theme by Compete Themes.