Son yeniləmə: 7 Yanvar 2022 10:05
Bayraqdar.info – 2021-ci il dekabrın 28-də Azərbaycanın bir qrup QHT təmsilçisinin Şuşaya səfəri bir sıra maraqlı məqamlarla yadda qalıb. Səfər zamanı həm də QHT təmsilçiləri olan jurnalistlərin Cıdır düzündən Güney Azərbaycana ünvanlanan salamları isə böyük əks-səda doğurub.
Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı Təbrizin milli futbol klubu “Traxtor”un simvolik şərfini nümayiş etdirən fəallar güneylilərə Boz Qurd salamı göndəriblər. Cıdır düzündən Güney Azərbaycan türklərinə, bozqurdlar yurdu Təbrizə göndərilən bu salam xüsusi coşqu ilə qarşılanıb.
Belə ki, bır sıra xəbər saytlarında, həmçinin Güney Azərbaycanla bağlı təşkilatların sosial şəbəkə hesablarında azərbaycanlı jurnalistlərin bu paylaşımından ətraflı bəhs edilib.
Məsələn Araz News öz Telegram kanalında bunu aşağıdakı başlıqla verib: Şuşanın Cıdır düzündə “Traxtor”.
GAMOH-un Instagram səhifəsində isə bu, “Şuşada Güney Azərbaycan rüzgarı” başlığı ilə verilib.
Digər sosial şəbəkə hesablarından da oxşar paylaşımlar edilib.