Press "Enter" to skip to content

İşğaldan azad edilmiş ərazilərdə 706 tarix və mədəniyyət abidəsi

Azad Cəfərli

Son yeniləmə: 7 Yanvar 2022 17:26

Bayraqdar.info – “İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir”.

Bayraqdar.info xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Rəhbərlik etdiyi qurumda aparılan islahatlardan danışan Dövlət Xidmətinin rəisi A.Cəfərli söyləyib ki, islahatlar çərçivəsində Prezidentin müvafiq Fərmanı əsasında regional idarələr yaradılıb. Bu idarələrin yaradılması Dövlət Xidmətinin effektivliyinin daha da artırılması, eləcə də tarix və mədəni abidələrin qorunması nöqteyi-nəzərindən dövlət nəzarətinin təkmil formada həyata keçirilməsi məqsədi daşıyır. Bu məqsədlə Bakı, Gəncə, Şabran, Qəbələ, Salyan regional idarələri təsis olunub: “2021 ildə abidə mühafizəçilərini müsahibə yolu ili ən qabaqcıl təcrübələrə söykənərək seçilməsi və adları çəkilən regional idarələrin işinə müsbət təsir göstərib”.

Mission News Theme by Compete Themes.