Son yeniləmə: 7 Yanvar 2022 16:59
Bayraqdar.info – Hakimliyə namizədlər üçün test üsulu ilə keçirilən, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 41 nəfər üçün ilkin tədris kursu başa çatıb.
Hakimlərin Seçki Komitəsindən bayraqdar.info-ya bildiriblər ki, həmin namizədlərlə tədrisin nəticələri üzrə yazılı imtahan yanvarın 15-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) təşkil olunacaq.
Komitədn bildirilir ki, imtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçiriləcək. Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdirəcəklər. Bu məqsədlə namizədlər mülki, mülki-prosessual, cinayət və cinayət prosessual məcəllələri və digər aidiyyəti vəsaitləri istifadə üçün özləri ilə gətirə bilərlər.
İmtahan yerinə saat 10:00-dan etibarən gəlmək tövsiyə olunur. Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.