Press "Enter" to skip to content

FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək

Fövqəladə Hallar Nazirliyi

Son yeniləmə: 7 Yanvar 2022 14:07

Bayraqdar.info – 2022-ci ildə kiçikhəcmli gəmilər üçün keçiriləcək texniki baxışın cədvəli təqdim edilib.  Cədvəli Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərtib edib.

FHN-in Mətbuat xidmətindən yandarın 7-də bayraqdar.info-ya bildirilib ki, texniki baxış Şimal, Muğan, Cənub və Daxili su hövzələri üzrə müvafiq olaraq fevral, mart, aprel və oktyabr aylarında təşkil olunacaq. Bakı şəhəri və Abşeron rayonu üzrə isə texniki baxış hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri Ələt-Bibiheybət və Zığ-Pirallahı, hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri isə Şimal QRES-Nardaran və Görədil-Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətlərində keçiriləcək.

“Təqdim edilmiş texniki baxış günləri hava şəraiti və hazırda davam edən pandemiya ilə əlaqədar karantin rejimi şərtlərindən asılı olaraq dəyişdirilə bilər. Həmçinin çimərlik mövsümü ilə əlaqədar Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

“Əlaqə telefonları: 012 512-17-09 və 012 512-17-61”. FHN-in məlumatında belə deyilir.

Mission News Theme by Compete Themes.