Son yeniləmə: 7 Yanvar 2022 18:27
Bayraqdar.info – “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin gördüyü işlərdən biri də daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması ilə bağlıdır. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, artıq Şabran rayonunda yerləşən dünya əhəmiyyətli Çıraqqala abidəsində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir.
Bu sözləri Dövlət Xidmətinin rəisi Azad Cəfərli təmsil etdiyi qurumun ötən ildəki fəaliyyətilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qeyd edək ki, ölkənin ən qədim tarixi abidələrindən olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri Prezidentin Sərəncamına əsasən həyata keçirilməkdədir. Ötən müddət ərzində bərpa-konservasiya işlərinə başlanılıb. Bərpa üzrə zəruri tədbirlər görülüb.
“Dəniz səviyyəsindən 1 min 234 metr hündürlükdə yerləşən bu abidənin bərpası həm daxili, həm də xarici ziyarətçilər üçün böyük maraq kəsb edəcək. Digər bir məsələ Qazax rayonunda yerləşən Müəllimlər Seminariyasının qədim binasının bərpa olunması ilə bağlıdır. Artıq bu işə də başlanılıb və 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur”, – deyə Azad Cəfərli bildirib.