Son yeniləmə: 7 Yanvar 2022 12:34
Bayraqdar.info – Yanvarın 9-da Çin Xalq Respublikasının 2022-2023-cü tədris ili üçün elan etdiyi təqaüd proqramına müraciətlərin qəbulu yekunlaşacaq.
Təhsil Nairliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.
“Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır”, – deyə Nazirliyin xəbərində bildirilir.