Press "Enter" to skip to content

Bakıda yağış yağacaq

Yağış

Son yeniləmə: 7 Yanvar 2022 13:10

Bayraqdar.info – Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən yanvarın 7-də bayraqdar.info-ya verilən məlumata görə, yanvarın 8-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

“Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz olacaq.

“Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

“Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.