Press "Enter" to skip to content

Yetmiş dörd minə yaxın müraciət

Son yeniləmə: 6 Yanvar 2022 18:35

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğu üçün davamlı addımlar atır. Belə ki, qurum göstərilən xidmətlərlə bağlı sorğuların operativ cavablandırılması, vətəndaşların hüquqi məlumatlandırılması və prosedurların izahı məsələlərinə diqqətlə yanaşır.

Bu barədə bayraqdar.info-ya yanvarın 6-da sözügedən qurumun İctimiayyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, Xidmətin fəaliyyəti ilə bağlı sorğular 193 Çağrı Mərkəzi, rəsmi sayt  və Özəlləşdirmə portalının onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələr vasitəsilə cavablandırılır.

2021-ci il ərzində Çağrı Mərkəzi, onlayn çat və sosial şəbəkələr vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə 73 min 387 müraciət daxil olub. Onlardan 69 min 675-i 193 Çağrı Mərkəzinin, 3 min 712-si isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 69 min 104-ü sorğu və müraciət xarakterli, 571-i isə araşdırma tələb edən məsələlər olub.

Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.