Press "Enter" to skip to content

Yeni sosial dəstək tədbirləri müzakirə olunub

Son yeniləmə: 6 Yanvar 2022 18:44

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müharibə əlilləri və iştirakçılarını təmsil edən qeyri-hökumət təşkilatları ilə görüş keçirilib. Görüşdə “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, təşkilatın nümayəndəsi və qazilər.az saytının rəhbəri Rey Kərimoğlu, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Nazirlikdən nazir müavinləri Anar Əliyev, Anar Kərimov, aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya yanvarın 6-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən ay Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman və sərəncamlarla ölkəmizdə 2,1 milyon insana dəstək olan yeni sosial islahat paketi reallaşdırılıb.

Bu islahat paketinin tərkib hissəsi kimi, dövlət başçısının tapşırıqları ilə yeni mühüm sosial müdafiə proqramları – 1991-1997-ci illərdə aldıqları xəsarət nəticəsində Qarabağ müharibəsi əlilliyi statusu almış şəxslərə birdəfəlik ödəmənin verilməsi, Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verildikdən sonra Prezidentin aylıq təqaüdünün təyin edilməsi nəzərdə tutulub.

Hazırda aidiyyəti qurumlarla birgə həmin sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün aparılan işlər barədə məlumat verilib.

QHT rəhbərləri müharibə əlilləri və iştirakçıları ilə bağlı yeni sosial dəstək tədbirlərinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyinivurğulayıblar. Birdəfəlik ödəmənin verilməsi üçün təklif olunan mexanizmlər, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsi və digər məsələlər QHT rəhbərləri ilə müzakirə edilib.

Mission News Theme by Compete Themes.