Son yeniləmə: 6 Yanvar 2022 13:00
Bayraqdar.info – İtaliyada şahmat festivalı davam edir. Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, yarışın güclü A turnirində çıxış edən Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva beşinci turda qələbə qazanıb. Aktivindəki xalların sayını 3,5-ə çatdıran təmsilçi bu nəticə ilə 12-28-ci yerləri bölüşür. Digər şahmatçı Gövhər Beydullayeva isə komanda yoldaşından fərqli olaraq turun qarşılaşmasını məğlub başa vurub. G.Beydullayeva 2,5 xalla 57-ci pillədədir.
A turnirində 30-u qrosmeyster olmaqla, 124 şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.