Son yeniləmə: 6 Yanvar 2022 01:12
Bayraqdar.info – Bu günlər bütün dünyanın diqqəti CES 2022 sərgisindədir. Bu sərgi türk dünyası üçün də önəm kəsb edir. Belə ki, dünyada tanınmış markaların öz yeni məhsullarını tək-tək təqdim etdiyi sərgidə Türkiyənin yerli avtomobili TOGG ilk dəfə nümayiş olunub.
Türkiyə mediasının yazdığı kimi bu sərgi TOGG-un ilk beynəlxalq təqdimatı idi.
Məlumatda qeyd edilir ki, yanvarın 5-7-də ABŞ-ın Las-Veqas şəhərində keçirilən CES-ə vizyon avtomobili ilə qatılan TOGG-un yenilikləri və ilkləri mətbuat konfransı ilə dünya ictimaiyyətinə çatdırılıb.
TOGG CEO-su M.Gürcan Karakaş klassik bir avtomobil şirkəti olmadıqlarını deyib: “Biz özümüzü texnologiya şirkəti olaraq təqdim edirik. Buna görə də biz texnologiyada ən son yeniliklərin və ilklərin görüşmə nöqtəsi olan CES-dəyik”.
Avtomobil sənayesinin sürətlə hərəkətlilik ekosisteminə çevrildiyini ifadə edən M.Gürcan Karakaş daha sonra bunları bildirib: “Dəyişən istifadəçi gözləntilərinə uyğun olaraq telefonda yaşanan inkişaf bu gün avtomobil sənayesində yaşanır. Yaxın gələcəkdə böyük təşkilatlar deyil, daha çevik, yaradıcı, əməkdaşlıq edən, istifadəçi yönümlü təşkilatlar uğur qazanacaq. Bu sahədə yarış yeni başlayır və biz də bu yarışdayıq. Üstəlik, biz bu dünyada doğulduğumuz üçün üstünük”.
Daha sonra TOGG-un üstün imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, sərgiyə gələnlər Türkiyənin ilk milli avtomobilinə böyük maraq göstəriblər.
Togg'un dinamik ve yenilikçi vizyon otomobili ile tanışmaya hazır mısınız?
Transition Concept Smart Device #USECASEMobility®️#CES2022#Togg pic.twitter.com/P4aZRXokEF
— Togg (@Togg2022) January 5, 2022