Press "Enter" to skip to content

Şəki Dövlət Dram Teatrı beş yeni tamaşa hazırlayıb

Şəki Dövlət Darm Teatrı

Son yeniləmə: 6 Yanvar 2022 15:58

Bayraqdar.info – Şəki Dövlət Dram Teatrı 2022-ci ildə də tamaşaçıları bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcək. Yaradıcı kollektiv ilk olaraq yanvarda teatrsevərlərə İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək.

Bu barədə yanvarın 6-da bayraqdar.info-ya Teatrdan  məlumat verilib. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidlidir. Komediya janrında olan bu əsərdə hadisələr Hollandiyanın Haaqa şəhərində cərəyan edir. Tamaşada fransız zabitinin Hollandiya tacirinin qızına aşiq olmasından bəhs edilir.

Bundan əlavə, teatr 2022-ci ilin repertuarına Vaqif Səmədoğlunun “İntihar”, Əli Səmədlinin “Meşə çaqqalsız olmaz”, Qriqori Qorinin “Herastratı unudun” və Bəyazıt Gülercanın “Lodos” əsərlərini də daxil edib. “Herastratı unudun” tamaşası üzərində məşqlərə yanvarın 10-dan başlanacaq.

Mission News Theme by Compete Themes.