Press "Enter" to skip to content

Regionda yaşayan gənclərin inkişafı üçün vacib işlər

Fərid Qayıbov

Son yeniləmə: 6 Yanvar 2022 15:35

Bayraqdar.info – “Regionda yaşayan gənclərin inkişaf imkanlarının, cəmiyyətin işində iştirakçılığının və onları düşündürən məsələlərin müzakirəsi bu dəfə İsmayıllıda keçirilən zona görüşündə aparılıb. İsmayıllı, Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, Şamaxı, Oğuz, Qobustan və Ağsu rayonlarının gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri ilə 4 saatdan artıq davam edən açıq və səmimi müzakirə keçirildi. İsmayıllı səfəri çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regional Kubokunun açılışında iştirak etdik, şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüşdük”. Bu sözlər Gənclər və idman naziri Fərid Qayıbov 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat çıxışında bildirib.

“Konfederativ və iri gənclər təşkilatlarının rəhbərləri ilə təkrar görüşdə gənclər evlərinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər təşkilatlarının fəaliyyətinə dair qanunvericilik, regionlarda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, özəl sektorun gənclərin fəaliyyətini dəstəkləməsi, gənclərin könüllülük fəaliyyəti və s. istiqamətlər üzrə gənclər təşkilatlarının təqdimatlarını müzakirə etdik. Gənclər təşkilatlarının qərarların verilməsi prosesində iştirakı üçün yeni imkanlar yaradacağıq.

“Milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərliyin tərbiyəsi istiqamətində fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə də görüşüb müzakirələr apardıq. Yeni çağırışlar mərhələsində gənclərin məşğulluğunu Gənc Sahibkarların II Forumunda müzakirə etdik. Keçirilməsinə 2022-ci ildə başlayacağımız sosioloji tədqiqat və “Yerli” gənclərin bacarıqlarının artırılması layihələri əməli nəticələr verəcək”, – deyə nazir qeyd edib.

Mission News Theme by Compete Themes.