Press "Enter" to skip to content

Nazir Balakən, Qobustan, Suraxanı və Xəzər Gənclər Evlərində olub

Fərid Qayıbov

Son yeniləmə: 6 Yanvar 2022 13:16

Bayraqdar.info – “Uğur qazanmış idmançılar da diqqət mərkəzindədir – onlar Azərbaycanı layiqincə təmsil edir, arxasınca onlarla gənci idmanla məşğul olmağa səsləyirlər. Ötən ay həmçinin şahmat, reqbi, MMA və digər növlər üzrə idmançı və mütəxəssislərlə görüşlərdə idman potensialımızın imkanlarını müzakirə etdik”.

Bu sözlər Gənclər və idman naziri Fərid Qayıbov 2021-ci ilin yekunlarına həsr etdiyi hesabat yazısında bildirib: “Gənclər siyasətini yerlərdə həyata keçirən qurumların fəaliyyəti, orada çalışan insanlar, onların bilik və bacarıqları, koordinasiyalı işi xüsusi əhəmiyyət kəsb edir. Balakən, Qobustan, Suraxanı və Xəzər Gənclər Evlərinin fəaliyyəti, oradakı klub və dərnəklərin işi, xidmətlərin keyfiyyəti ilə də əyani tanış olduq”.

Nazir bildirib ki, Mərdəkan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə də maraqlanıb. “Əlbəttə ki, bu müəssisələrdə gənclərin maraqlarına cavab verən, daha peşəkar və zəruri xidmətlər təşkil edilməli, mövcud imkanlar daha səmərəli istifadə edilməlidir”, – deyə nazir bildirib.

Mission News Theme by Compete Themes.