Son yeniləmə: 6 Yanvar 2022 09:39
Bayraqdar.info – “Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb. Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir”. Bu açıqlamanı Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
MN onu da qeyd edib ki, yanvarın 5-də saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçunun həyatları üçün heç bir təhlükə yoxdur.
“Media nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”, -deyə Nazirliyin açıqlamasında vurğulanır.