Press "Enter" to skip to content

Müdafiə Nazirliyi ilə Ombdusman arasında plan

Müdafiə Nazirliyi

Son yeniləmə: 6 Yanvar 2022 19:22

Bayraqdar.info – Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb.

Bu barədə bayraqdar.info-ya yanvarın 6-da Müdafiə Nazirliyindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planı imzalanıb. Plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

“İl ərzində Nazirliyin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək. Eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.